Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün artıq Belarusa gəlib.
"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər qurumların, o cümlədən prezident administrasiyasının nümayəndələri daxil olub.
"Rusiya tərəfi artıq Qomeldə danışıqlara hazırdır, indi biz ukraynalıları gözləyirik", - Peskov bildirib.
Son xəbərlər
Son Xəbərlər