Rusiya nümayəndə heyətinin rəhbərinə viza verilmədi

rusiya-numayende-heyetinin-rehberine-viza-verilmedi
Oxunma sayı: 2120

ABŞ Rusiya nümayəndə heyətinin rəhbəri Artur Lyukmanova BMT-nin İKT-dən istifadə ilə mübarizə üzrə Konvensiyanın hazırlanması üzrə sessiyasında iştirak etmək üçün viza verməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin nümayəndəsi Andrey Akulçev bildirib.

“Bizim nümayəndə heyətimizin rəhbərinə yekun sessiyada iştirak etmək üçün ABŞ-yə giriş qadağan edilib”, - o qeyd edib.

Daha əvvəl də ABŞ Rusiya diplomatlarına yanvarın 24-də Nyu-Orleanda keçiriləcək Beynəlxalq Taxıl Şurasının iclasında iştirak etməyi qadağan edib.