“Rusiya onunla ultimatum dilində danışmağa imkan verməyəcək” - Nebenzya

rusiya-onunla-ultimatum-dilinde-danismaga-imkan-vermeyecek
Oxunma sayı: 1071

Rusiya Federasiyası Böyük Britaniyaya onunla ultimatum dilində danışmağa imkan verməyəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsi Vasiliy Nebenzya bildirib.

“Bizdən ultimatum şəklində 24 saat ərzində günahımızı etiraf etməyi tələb etdilər. Biz heç kimlə ultimatum dilində danışmırıq, və bizlə də bele tonda danışmağa imkan verməyəcəyik”,-deyə Rusiyanın BMT-nin TŞ-dakı nümayəndəsi vurğulayıb.

Diplomatın sözlərinə görə, Rusiya Böyük Britaniyadan cinayətdə istifadə edilən maddənin nümunələrini istəyib və birgə istintaq aparmağı təklif edib. Lakin London Moskvanın bu təklifini rədd edib.

Qeyd edək ki, Rusiyada dövlətə xəyatərdə ittiham edilmiş Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Serqey Skripal və qızı martın 4-də Solberidə naməlum maddə ilə zəhərlənərək xəstəxanaya yerləşdirilib.