Rusiya ordusu Avdeyevkada yeni mövqelər ələ keçirdi

rusiya-ordusu-avdeyevkada-yeni-movqeler-ele-kecirdi
Oxunma sayı: 2134

Rusiya ordusu “Donetsk Xalq Respublikası”nda nəzarətə alınan Avdeyevkada davam edən fəaliyyətlər nəticəsində yeni mövqelər ələ keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Paylaşımda “Mərkəz” hərbi qrupunun bölmələrinin Avdeyevka istiqamətində daha sərfəli xətləri və mövqeləri tutduğunu qeyd edən nazirlik şəhərdəki koks zavodunun tamamilə nəzarətə götürüldüyünü bildirib.

Hesabatda Avdeyevkada bir gün ərzində 9 hücumun yatırıldığı və 565 Ukrayna əsgərinin öldürüldüyü qeyd edilib.

Həmçinin Kupyansk istiqamətində 30 Ukrayna əsgərinin əsir götürüldüyü və “Leopard” tankının məhv edildiyi qeyd olunub.

Bildirilib ki, son 24 saat ərzində Ukrayna ordusuna məxsus 96 pilotsuz uçuş aparatl və ABŞ istehsalı olan 2 HIMARS tipli raket məhv edilib.