Rusiya ordusu məhkumları müharibəyə cəlb edir?

rusiya-ordusu-mehkumlari-muharibeye-celb-edir
Oxunma sayı: 1569

Rusiya ordusu cəbhədə yaşanan çatışmazlıqlar səbəbindən məhkumları yenidən müharibəyə cəlb etməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Daily mail” yayıb.

Nəşr belə iddia edir ki, Sankt-Peterburq həbsxanalarındakı məhkumlar fəal olaraq bu prosesə cəlb olunur. Məhkumlara bildirilib ki, altı aydan sonra canlı olaraq geri döndükləri təqdirdə cəzaları bağışlanacaq və 3100 dollar mükafat əldə edəcəklər. 

Məhbuslardan birinin qohumunun sözlərinə görə, cəbhəyə yollanan məhbus ölərsə ailəsinə 77 min dollar pul ödəniləcəyi də vəd edilib. 

“Amma bunların hamısı sadəcə söz olaraq deyilib, sənədləşdirilməyib”, - deyə sözügedən şəxs qeyd edib. 

Məlumata görə, məhkumlara Ukraynadakı “nasistlər”lə döyüşmək üçün ön sıralarda yer alacaqları da deyilib. 

Qeyd olunur ki, Ukraynada müharibənin yeni başladığı dövrdə Rusiya daha əvvəl orduda xidmət etmiş və cəzası 20 ildən çox olan məhbusları müharibəyə yollamışdı.