Rusiya ordusu robotlarla silahlanır

rusiya-ordusu-robotlarla-silahlanir
Oxunma sayı: 1340


“Qafqazinfo”nun məlumatına görə, AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bir neçə robot artıq yekun sınaqdan keçirilir. Belə robotlara əsasən “Uran-6” mina təmizləyən və “Uran-14” yanğınsöndürən maşınlar aiddir. Onların əsgərin həyat riskinin özünü doğrultmadığı işlərdə tətbiq olunması gözlənilir.

Bu robotlar “2025-ci ilə qədər perspektivli hərbi robot texnikasının yaradılması” kompleks proqramı çərçivəsində hazırlanır. Mühəndis qoşunu ilə yanaşı, onlardan, həmçinin Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və partladıcıları zərərsizləşdirmə üzrə ixtisaslaşmış bəzi bölmələrində də istifadə olunacaq.