14:21
Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Soledar şəhərini blokadaya alıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, rusiyalı hərbçilər şəhəri şimaldan və cənubdan mühasirəyə alıb və şəhərdə döyüşlər gedir.
Xatırladaq ki, yanvarın 10-u Rusiya ordusu Soledar şəhərinə hücum edib.
***
15:54
Konaşenkov, həmçinin Rusiya ordusunun Soledar şəhərindən cənub-qərbdə Podqorodnoe yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini bildirib.
Məlumata görə, sözügedən istiqamətdə təqribən 80 ukraynalı hərbçi zərərsizləşdirilib.
Son xəbərlər
Son Xəbərlər