Rusiya ordusu Suriyadan çıxır

rusiya-ordusu-suriyadan-cixir
Oxunma sayı: 1110

Rusiya prezidenti Vladimir Putin Suriyadakı əməliyyatlar və son proseslər barədə məlumat verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putin Rusiya ordusunun Suriyadan çıxmağa davam etdiyini söyləyib:

“Bilirsiniz ki, hərbi qüvvələrimizi Suriyadan çıxarmağa Hmeymim hərbi hava bazasına getdiyimdə başlamışdıq. Bu proses hazırda davam edir. Son bir neçə gün ərzində Suriyadan 13 təyyarə, 14 helikopter və 1140 hərbçi çıxarılıb”.

V. Putin prosesin nə zaman yekunlaşacağını isə açıqlamayıb.