Sumı vilayətinin Trostyanets şəhəri rus ordusu tərəfindən ələ keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat yayıb.
Onun sözlərinə görə, hazırda təcili yardım yarımstansiyasına rus hərbçiləri nəzarət edir.
"Onlar həkimlərin çağırışa getməsinə icazə vermirlər, yalnız fövqəladə hallarda uşaqlara müraciət edirlər. Həkimlərə xəbərdarlıq edilib ki, özləri getsələr, güllələnəcəklər. Başqa yaşayış məntəqələrindən təcili yardım maşınını buraxmırlar", - Jivitski bildirib.
O, həmçinin qeyd edib ki, yerli sakinlər ərzaq və digər malları ala bilmirlər.
Jivitski yazır: "Bütün mağazalar talan edilib, şəhərdə daim axtarışlar aparılır və snayperlər işləyir. Həmçinin əhaliyə kömək etmək üçün şəhərə girmək imkanı yoxdur".
Son xəbərlər
Son Xəbərlər