Rusiya ordusu Xarkovda daha bir kəndə nəzarəti ələ keçirdi

rusiya-ordusu-xarkovda-daha-bir-kende-nezareti-ele-kecirdi
Oxunma sayı: 1716

Rusiya ordusu Xarkov vilayətində İvanovka kəndinə nəzarəti ələ keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Bildirilir ki, sözügedən yaşayış məntəqəsinə nəzarət “Qərb” qoşun qruplaşmasının bölmələri tərəfindən təmin edilib. 

Bununla yanaşı, rusiyalı hərbçilərin Novovodyane və Qriqorovka kəndləri yaxınlığında Ukrayna ordusunun üç əks-hücum əməliyyatının qarşısını aldığı vurğulanıb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri bu zaman 405 hərbçisini itirib.

Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi mayın 11-də Xarkov vilayətində bir neçə kəndin Rusiya ordusunun nəzarəti altına keçdiyi barədə məlumat yayıb. Mayın 12-də isə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun hücumunu təsdiqləyib.