Rusiya öz vətəndaşlarını Suriyadan çıxarır

rusiya-oz-vetendaslarini-suriyadan-cixarir
Oxunma sayı: 678

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya hökuməti Suriyadakı vətəndaşlarının təxliyə edilməsi üzərində işləyir. Federasiyanın “Vedomosti” agentliyinin məlumatına görə, təxminən 100 min rus Suriyadan çıxarılacaq.

Agentliyin hərbi mənbələrə istinadən yaydığı məlumatda artıq Suriyadakı Rusiya vətəndaşlarının təxliyə edilməsi üçün hazırlıq işlərinə start verilib. Xəbərdə Suriyaya hərbi müdaxilə baş verəcəyi və ya müxalif qüvvələrlə silahlı toqquşmaların şiddətlənəcəyi təqdirdə rusların sözügedən ölkədən çıxarılması prosesi başladılacaq.

Xarici KİV rusların Suriyadan Tartusdakı Rusiya donanması və digər hərbi qüvvələr vasitəsilə təxliyə ediləcəyini yazıb. Habelə xəbərlərdə prosesə Rusiya Müdafiə və Fövqəladə Hallar nazirliklərinin rəhbərlik edəcəyi öz əksini tapıb.