“Rusiya rəqəmsal sahədə əməkdaşlığın qurulmasının tərəfdarıdır, özünü heç kimdən kənarlaşdırmır və özünütəcrid vəziyyətinə düşmür”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Rəqəmsal Beynəlxalq Münasibətlər 2022” adlı konfransda deyib.
“Onu da deyim ki, hazırkı böhran hər bir sahədə olduğu kimi, inkişaf üçün əlavə imkanlar açır. Mən prinsipial olaraq vacib hesab edirəm ki, biz eyni zamanda özümüzü heç kimdən kənarlaşdırmayaq, özümüzü təcrid etməyək. Biz rəqəmsal sahədə, ilk növbədə internet idarəçiliyi, kibertəhlükəsizliyin təmin edilməsi sahəsində peşəkar, konstruktiv əməkdaşlığın qurulmasının tərəfdarıyıq”, - deyə Lavrov söyləyib.
Onun sözlərinə görə, Qərb Ukrayna böhranını bəhanə edərək Rusiyaya qarşı hərtərəfli hibrid müharibəyə başlayıb: “Bu, müxtəlif sahələri, o cümlədən informasiya məkanını əhatə edir”.
Son xəbərlər
Son Xəbərlər