Rusiya Pokrovsku “İsgəndər”lə vurdu - 7 ölü, 67 yaralı

rusiya-pokrovsku-isgenderle-vurdu
Oxunma sayı: 3112

Rusiya ordusu dünən axşam saatlarında Ukraynanın Pokrovsk şəhərini “İsgəndər” raketləri ilə atəşə tutub.

“Qafqazinfo” “Strana” portalına istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub, daha 67 nəfər isə yaralanıb. 

Yaralılar və həlak olanlar arasında polis və hərbçilər də var. 

Şəhərə 2 raket atılması nəticəsində hündürmərtəbəli yaşayış binası, evlər, inzibati binalara və hotelə zərər dəyib.