Rusiya Portuqaliyanın 5 diplomatını ölkədən çıxarır

rusiya-portuqaliyanin-5-diplomatini-olkeden-cixarir
Oxunma sayı: 683

Rusiya Xarici İşlər Nazirliyi rusiyalı diplomatların Portuqaliyadan çıxarılmasına cavab olaraq 5 portuqaliyalı diplomatı ölkədən çıxarır.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Cavab olaraq, Portuqaliyanın Rusiyadakı səfirliyinin beş əməkdaşı “persona non-qrata” elan edilib. Onlar müvafiq notanın səfirə çatdırıldığı tarixdən 14 gün ərzində ölkə ərazisini tərk etməlidirlər”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Portuqaliyanın Rusiyadakı səfiri Madalena Fişer Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya tərəfi Portuqaliya hakimiyyətinin Rusiyanın bu ölkədəki xarici nümayəndəliyinin 10 əməkdaşını “persona non qrata” elan etməsi ilə bağlı qərarına kəskin etirazını bildirib: “Bu qeyri-dost addım Rusiya-Portuqaliya münasibətlərinə mənfi təsir göstərəcək”.