“Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə və bütövlükdə Dağlıq Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsinə Rusiyanın töhfəsinə Azərbaycan tərəfdən yüksək qiymət verilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bizim sülhməramlılar vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminin dəstəklənməsini təmin edir, minalardan təmizlənmə işləri aparır, humanitar aksiyalarda iştirak edir və yerli əhaliyə kömək göstərirlər.
Rusiyalı hərbi həkimlər koronavirus əleyhinə profilaktik tədbirlər, o cümlədən Rusiya preparatları ilə vaksinləmə həyata keçirirlər”, - o qeyd edib.
Son xəbərlər
Son Xəbərlər