Rusiya PUA-ların istehsalına hazırlaşır

rusiya-pua-larin-istehsalina-hazirlasir
Oxunma sayı: 1747

Rusiya Federasiyasında Hərbi Dəniz Qüvvələrinin gəmilərini təchiz etmək üçün pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına 2026-cı ildə başlanacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə TASS-a Rusiyanın hərbi sənaye kompleksindəki mənbə bildirib.

Onun sözlərinə görə, hücum və kəşfiyyat məqsədilə istehsalı nəzərdə tutulan pilotsuz təyyarələrinin ilkin dizaynına bu ilin ikinci yarısında başlanacaq. Ümumilikdə, layihənin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Mənbə, həmçinin 2025-ci ildə işçi layihə sənədlərinin veriləcəyini və cihazların istehsalına hazırlıq işlərinə başlanılacağını qeyd edib.