Rusiya Ermənistanın Sünik vilayətinin Qafan şəhərində Baş konsulluq açacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Bildirilir ki, sözügedən məsələ Rusiya XİN-in Baş konsulluğun açılması üzrə qrupun rəhbəri Andrey Şaninin Mehridə şəhərin meri Baqrat Zakaryanla görüşündə müzakirə edilib.