Rusiya Qara dənizə daxil olan ABŞ gəmisini izləməyə başladı

rusiya-qara-denize-daxil-olan-abs-gemisini-izlemeye-basladi
Oxunma sayı: 1945

Qara dənizə daxil olan ABŞ-a məxsus “USS Ross” hərbi gəmisinin fəaliyyəti izləməyə götürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

“Qara dəniz donanması iyunun 26-da Qara dənizə daxil olan ABŞ donanmasına məxsus “USS Ross” hərbi gəmisinin izlənilməsinə başlayıb”, - açıqlamada bildirilib.

Qeyd edək ki, ABŞ-ın Altıncı Donanması hərbi gəminin Ukraynanın iştirakı ilə keçiriləcək “Sea Breeze” təlimlərinə qatılmaq üçün Qara dənizə daxil olduğunu açıqlayıb.

Bundan əvvəl isə Rusiya Qara dənizdə İngiltərə gəmisinə xəbərdarlıq atəşi açmışdı.