“Rusiya Azərbaycanla Ermənistan arasında güzəşt əldə olunması üçün yollar axtaracaq”.
“Qafqazinfo”nun rus mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib.
“Bizim əlimizdə olan əsaslar bunu deməyə imkan verir ki, Azərbaycan və Ermənistan tərəfləri kompromislərin formalaşdırılmasına cəhd göstərirlər. Rusiya bunun həyata keçməsinə kömək edəcək”, - deyə Lavrov vurğulayıb.
Qeyd edək ki, mayın 16-da Azərbaycan prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanla Vyanada görüşüb.
Minsk qrupunun sədrliyi ilə keçirilən görüşdə Qarabağ münaqişəsi, onun nəticələri və həlli yolları müzakirə olunub.
Son xəbərlər
Son Xəbərlər