“Rusiya Qarabağdakı nizamlanmaya həlledici töhfə verib” - Putin

rusiya-qarabagdaki-nizamlanmaya-helledici-tohfe-verib
Oxunma sayı: 1437

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında verdiyi töhfə həlledici olub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə 9-cu Moskva Konfransında çıxış edərkən bildirib.

“Rus sülhməramlılar bölgədəki sülhə və təhlükəsizliyə etibarlı şəkildə zəmanət verir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazinin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox iş görürlər”, - deyə Putin qeyd edib.