Rusiya Qarabağla bağlı yeni sənəd təklif edib? - Lavrovdan açıqlama

rusiya-qarabagla-bagli-yeni-sened-teklif-edib
Oxunma sayı: 2330

Rusya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı yeni sənədlərin qəbul edilməsi təşəbbüsü ilə çıxış etməyib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında çıxışı zamanı deyib.

Lavrov dinc danışıqlar çərçivəsində yeni sənədin və ya XİN başçısı tərəfindən yeni bir təklifin ortaya çıxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib və qeyd edib ki, hər hansı “Lavrov sənədi” mövcud deyil.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində cəmi bir neçə sənəd mövcuddur. Həmin sənədlər isə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların müxtəlif mərhələlərində həmsədrlər tərəfindən hazırlanıb. ATƏT-də saxlanılan həmin sənədlər xaricində başqa sənəd mövcud deyil. Digərləri sadəcə axtarışdır, beyin uydurmasıdır”.