“Əminəm ki, Rusiya qazına embarqo Ukraynadakı müharibəyə son qoymayacaq”.
“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts deyib.
Onun fikrincə, Rusiya qazına embarqo Avropanın müharibədən sonrakı bərpa ilə bağlı iqtisadi imkanlarını ciddi şəkildə endirəcək.
Şoltsun sözlərinə görə, Almaniya iqtisadi böhrandan, milyonlarla iş yerinin itirilməsindən və bir daha heç vaxt açılmayacaq zavodların bağlanmasından qaçmaq istəyir.
Son xəbərlər
Son Xəbərlər