Rusiyanın Cənub Hərbi Dairəsinin qırıcı aviasiya ekipajları Ermənistanda təlim uçuşları həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Cənub Hərbi Dairəsinin Mətbuat xidməti yayıb.
Məlumata görə, təlim-məşq uçuşları Erebuni aviabazasından havaya qalxan MiQ-29 və Su-30 SM qırıcı təyyarələri ilə həyata keçirilib.