Rusiya qitələrarası ballistik raketi sınaqdan keçirdi

rusiya-qitelerarasi-ballistik-raketi-sinaqdan-kecirdi
Oxunma sayı: 1700

Rusiya qitələrarası ballistik raketi sınaqdan keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada ölkənin cənubunda Həştərxan bölgəsindəki Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin atıldığı bildirilib.

Raketin sınaq atışının uğurla həyata keçirildiyi vurğulanaraq, “Atışda məqsəd qabaqcıl qitələrarası ballistik raket avadanlığının sınaqdan keçirilməsi idi”, - qeyd olunub.

Sınaq atışının həyata keçirildiyi raketin adı ilə bağlı məlumat verilməyib.