Rusiya qondarma “DXR” və “LXR”lə diplomatik əlaqələrə başlayır

rusiya-qondarma-dxr-ve-lxrle-diplomatik-elaqelere-baslayir
Oxunma sayı: 1097

“Fevralın 22-dən Moskva Rusiyanın suverenliyini bir gün əvvəl tanıdığı Donetsk və Luqansk Xalq Respublikaları ilə diplomatik əlaqələr qurur".

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 

“Rusiya Prezidenti Vladimir Putinin bu il 21 fevral tarixli 71 saylı fərmanına uyğun olaraq, bu gün, 22 fevral 2022-ci il tarixdə Rusiya XİN ilə DXR XİN, o cümlədən Rusiya XİN LXR XİN arasında nota mübadiləsi yolu ilə diplomatik münasibətlərin qurulması haqqında saziş təsdiqlənib”.

Nazirlik əlavə edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov müvafiq olaraq “DXR” və “LXR”dən olan həmkarları Natalya Nikonorova və Vladislav Deineqoya təbrik göndərib.