“Rusiya qoşunları bu kəndə də nəzarəti ələ keçirə bilər”

rusiya-qosunlari-bu-kende-de-nezareti-ele-kecire-biler
Oxunma sayı: 2566

“Rusiya qoşunları Xarkov vilayətinin İzyum rayonunun Borovaya kəndinə doğru irəliləyib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarkov vilayətinin “hərbi-mülki administrasiyasının rəhbəri” Vitali Qançev teleqram kanalında məlumat verib:

“Xarkov cəbhəsinin digər məntəqələrində də müəyyən nəticələr var. Onlardan biri də Svatovsko-Kupyanskdır. Burada döyüşçülərimiz Borovaya doğru irəliləməyə nail olub və orada mövqelərini möhkəmləndirməyə davam edirlər. Onlar bu kəndə də nəzarəti ələ keçirə bilər”.