Rusiya qoşunlarının əsas hissəsini bu gün Suriyadan çıxarmağa başlayır.
“Qafqazinfo” xəbər verir ki, prezident Vladimir Putin Müdafiə naziri və XİN rəhbəri ilə görüşdə belə bir tapşırıq verib. Rusiyanın belə bir qərar qəbul etməsinə Ağ Ev də münasibət bildirib.
Ağ Ev nümayəndəsi Djoş Ernest deyib ki, ABŞ administrasiyası hələ ki, Rusiyanın qəbul etdiyi qərarın nəticələrini qiymətləndirməyə hazır deyil. O bildirib ki, qoşunların çıxarılmasının Suriya ilə bağlı danışıqlara, danışıqların dinamikasına necə təsir edəcəyini indi demək çətindir: “Biz mütləq Rusiyanın niyyətini bilməliyik”.
"Politico" saytının yazdığına görə, qərar Vaşinqton üçün gözlənilməz olub. ABŞ Dövlət Departamentinin bu qərarı şərh etməyə hələ hazır olmadığı bildirilir.
Qeyd edək ki, artıq bu gündən etibarən Suriyadakı Hmeymin hərbi bazasındakı rus təyyarələri ölkələrinə qayıtmağa hazırlaşırlar.
Son xəbərlər
Son Xəbərlər