“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, yeni qanun layihəsi əcnəbi fiziki və hüquqi şəxslərə sanksiyaları nəzərdə tutur. Sanksiyalar Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı və prezidentin əmri ilə tətbiq ediləcək. Əgər hər hansı dövlətə qarşı sanksiyalar həyata keçirilərsə MTMŞ-in qərarı və prezidentin əmrindən 48 saat sonra onlar qüvvəyə minəcək.
Bundan başqa, Poroşenko ATƏT-ə ünvanlanan bəyanatla çıxış edib. O, qurumu Şərqi Ukraynada atəşkəsin dayandırılması istiqamətində əsas yükü üzərinə götürməyə çağırıb.
***
Ukrayna prezidenti Rusiya qoşunlarının 70 faizinin ölkəni tərk etdiyini açıqlayıb. “Qafqazinfo”Ukrayna KİV-nə istinadən xəbər verir ki, belə bir bəyanatla Poroşenko Nazirlər Kabinetinin iclasında çıxış edib.
Son xəbərlər
Son Xəbərlər