Rusiya qoşunlarının əksəriyyəti Mariupoldan geri çəkilib.
“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqonun mətbuat katibi Con Kirbi açıqlayıb.
Onun sözlərinə görə, rusiyalı hərbçilər şəhərdən şimala doğru hərəkət ediblər.
Kirbi, həmçinin qeyd edib ki, Rusiya qoşunları əsasən Mariupola və onun ətraf ərazilərinə, xüsusən də ukraynalı hərbçilərin və mülki şəxslərin olduğu “Azovstal” zavoduna aviazərbələr endirirlər.
Son xəbərlər
Son Xəbərlər