“Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən çıxarıldığını görmürük”

rusiya-qosunlarinin-ukrayna-ile-serhedden-cixarildigini-gormuruk
Oxunma sayı: 2687

“ABŞ Rusiya hərbçilərinin Ukrayna ilə sərhəddən çıxarılmasını hələ də hiss etməyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken İCTV-yə müsahibəsində deyib. 

“Biz hələlik Rusiya qüvvələrinin Ukrayna ilə sərhəddən geri çəkilməsini müşahidə etmirik”, - deyə Blinken bildirib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi dünən Ukrayna yaxınlığında yerləşdirilən Rusiya hərbçilərinin bir hissəsinin öz bazalarına qayıtdıqlarını bildirmişdi.