Rusiya yığması bu il Rio-de-Janeyroda keçiriləcək 2016-cı ilə Yay Olimpiya Oyunlarından kənarda qala bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax məlumat verib. Onun sözlərinə görə, rusların heyətində kifayət qədər dopinqlə bağlı problemlər var. Əgər analizlərdən sonra dopinq testləri təsdiqlənsə, Rusiya Braziliyaya getməkən məhrum olacaq.
Moskova Antidopinq Labaratoriyasının sabiq rəhbəri Qriqori Rodçenkov iddia edir ki, Rusiya yığmasının 15 idmançısı Soçi Qış Olimpiya Oyunlarında dopinqdən istifadə edib.
Yekun qərar Pekin və London Olimpiadaları zamanı götürülmüş testlər əsasında aparılan yoxlamalardan sonra veriləcək. ABŞ Ədliyyə Nazirliyi də bu məsələni araşdırır. Ruslar isə sübut tələb edir.
Son xəbərlər
Son Xəbərlər