Rusiya S-400-ləri Türkiyəyə göndərəcəyi vaxtı açıqladı

rusiya-s-400-leri-turkiyeye-gondereceyi-vaxti-aciqladi
Oxunma sayı: 1754

Rusiyanın S-400 zenit-raket kompleksi 2 ay ərzində Türkiyəyə çatdırılacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi şirkəti “Rostex”in rəhbəri Sergey Çemezov bildirib.

Onun sözlərinə görə, artıq kreditlər rəsmiləşdirilib, avans ödənilib, həmçinin türk əsgərlərə texnikadan istifadə ilə bağlı təlimlər keçilib.