Rusiya Çinə satdığı “S-400” zenit raket komplekslərini təhvil verməyə başlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda radar stansiyaları və dəstək avadanlıqları göndərilir.
2014-cü ildə iki ölkə arasında müqavilə imzalansa da, sifariş bu il həyata keçirilib.
Qeyd edək ki, Rusiyanın “S-400” sistemlərinin ilk müştərisi Çin olub. Ötən il isə Türkiyə həmin kompleksdən iki ədəd sifariş verib. Türkiyənin sifarişinin 2 il ərzində təhvil verilməsi nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər