Rusiya səfiri Dağlıq Qarabağla bağlı məqalədən danışdı

rusiya-sefiri-dagliq-qarabagla-bagli-meqaleden-danisdi
Oxunma sayı: 634


“Qafqazinfo”nun səfirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, səfirlik bəyan edib ki, “Dağlıq Qarabağ artıq 25 ildir ki, tanınmamağa alışıb” məqaləsi ilə bağlı səfir Doroxin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və nazir müavini Mahmud Məmmədquliyevlə görüşüb.

Görüş zamanı M.Məmmədquliyev Xocalı faciəsinin ildönümündə Rusiyanın “Ria Novosti” informasiya agentliyində belə bir yazının dərc etdirilməsindən narahatlığını ifadə edib. Görüşün sonunda səfir V.Doroxin Azərbaycan XİN-nin bu məsələ ilə bağlı mövqeyini rəsmi Moskvanın diqqətinə çatdıracağına söz verib.

Səfir həmçinin qeyd edib ki, bu səbəbdən rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz qalan mövqeyini şübhə altına almağa dəyməz. O eyni zamanda məqalənin müəllifin şəxsi fikri olduğunu, bunun Rusiyanın dövlət agentliyinin redaksiyasının fikri ilə üst-üstə düşməyə biləcəyini də əlavə edib.
Doroxin həmin məqalənin saytın rəsmi səhifəsindən silindiyini deyib.
Qeyd edək ki, bununla bağlı dünən Rusiya səfiri XİN-ə çağrılıb və ona Azərbaycan tərəfinin etiraz notası təqdim olunub.