Rusiya səfiri Danimarka XİN-ə çağırıldı

rusiya-sefiri-danimarka-xin-e-cagirildi
Oxunma sayı: 1377

Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Danimarka XİN rəhbəri Yeppe Kofoda açıqlama verib.

Qərarın keçən həftə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin krallığın hava məkanını pozması xəbərləri ilə əlaqədar verildiyi qeyd olunur.

“Xoşbəxtlikdən bu, səfiri çağırmağa məcbur qaldığım nadir hallardan biridir. Bu, ciddi və birmənalı diplomatik addımdır. Rusiya səfirinə bu cür təxribat xarakterli uçuşların dayandırılmasının lazım olduğu aydın oldu”,- deyə nazir qeyd edib.

Siyasətçi ölkənin bu məsələni NATO sammitində qaldıracağını da qeyd edib.

Qeyd edək ki, 11 iyun tarixində Danimarka Müdafiə Nazirliyi Rusiyanı bu ölkənin hava məkanını bir gündə iki dəfə pozmaqda təqsirləndirmişdi.