Rusiya səfiri Polşa XİN-ə çağırıldı

rusiya-sefiri-polsa-xin-e-cagirildi
Oxunma sayı: 2678

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski məlumat verib.

Onun sözlərinə görə, səfir V.Putinin bəyanatları, həmçinin Rusiyanın Polşa və onun müttəfiqlərinə qarşı digər qeyri-dost hərəkətləri ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

P.Yablonski Rusiya səfiri ilə görüşün çox qısa keçdiyini deyib.