Rusiya səfirliyi qarşısında aksiya olacaq

rusiya-sefirliyi-qarsisinda-aksiya-olacaq
Oxunma sayı: 977


“Qafqazinfo” xəbər verir ki, piket Krım tatarlarına dəstək vermək məqsədilə təşkil ediləcək. Aksiyada Rusiyanın Krıma müdaxiləsini, Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönəlik cəhdləri pisləyən, Ukrayna xalqına və Krım tatarlarına dəstək xarakteri daşıyan şüarlar səsləndiriləcək. Artıq piketlə bağlı mart ayının 12-də qanuna müvafiq olaraq VHP sədri Sabir Rüstəmxanlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət edib.