Rusiya səfirliyindən başsağlığı mesajı

Rusiya səfirliyindən başsağlığı mesajı
Oxunma sayı: 1694

Rusiyanın Azərbaycandakı səfirliyi ölkəmizin Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, səfirliyin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücum və nəticədə mühafizə xidmətinin əməkdaşı Orxan Əsgərovun ölümü barədə xəbər bizi sarsıtdı. Azərbaycanlı həmkarlarımıza başsağlığımızı çatdırırıq”.