“Rusiya sərhədçiləri Zvartnots aeroportunda xidmətini dayandırmalıdır”

rusiya-serhedcileri-zvartnots-aeroportunda-xidmetini-dayandirmalidir
Oxunma sayı: 2535

“Rusiya sərhədçiləri İrəvanın Zvartnots hava limanında xidmətini dayandırmalıdır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Simonyan bunun öz şəxsi fikri olduğunu sözlərinə əlavə edib: “Ölkəmizin sərhədlərini qoruyacağıq, amma əmin deyiləm ki, onlar qoruyacaqlar”.