Rusiya sərhədi yolunda maşın aşdı- - 5 yaralı+Fotolar

rusiya-serhedi-yolunda-masin-asdi-
Oxunma sayı: 1532


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə magistralın 93-cü km-də qeydə alınıb. Quba rayonu, Ağbil kənd sakini 1985-ci il təvəllüdlü Məmmədov Azad Gülağa oğlunun idarə etdiyi 99-AE-240 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomaşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü ilə birgə 4 nəfər xəsarət alıb. Onlar 1955-ci il təvəllüdlü Xaçmaz rayonu, Həsənqala kənd sakini Rəsulova Məhəbbət Əmrulla qızı, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Musayeva Mehbarə Şükür qızı və Qubanın Söhübqışlaq kənd sakini 1957-ci il təvəllüdlü Ərzumanov Fərhad İbrahim oğludur.

Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib.

Faktla bağlı araşdırmalar aparılır.