Rusiya “Şimal axını” ilə Aİ-yə qaz nəqlini dayandıracaq

Rusiya “Şimal axını” ilə Aİ-yə qaz nəqlini dayandıracaq
Oxunma sayı: 1470

İyul ayında Rusiya “Şimal axını” qaz kəməri ilə Avropa İttifaqına (Aİ) qaz nəqlini 10 gün müddətinə dayandıracaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda “Nord Stream AG” şirkəti məlumat yayıb.

Bildirilir ki, 2022-ci il iyulun 11-dən 21-dək qaz kəməri cari təmir işləri ilə əlaqədar dayandırılacaq. Həmçinin mexaniki komponentlərin və avtomatlaşdırma sistemlərinin sınaqdan keçiriləcəyi qeyd edilib.

“Cədvəl və iş planı qazın yuxarı və aşağı axını üzrə nəqli üçün “Nord Stream AG”nin tərəfdaşları ilə əvvəlcədən razılaşdırılıb”, - məlumatda deyilir.