Rusiya Slovakiyanın Ukraynaya göndərdiyi “S-300”ü məhv edib?

rusiya-slovakiyanin-ukraynaya-gonderdiyi-s-300u-mehv-edib
Oxunma sayı: 4037

Slovakiyanın Ukraynaya göndərdiyi “S-300” zenit-raket kompleksi məhv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə Rusiya Müdafiə Nazirliyi çıxış edib.

“Avropa ölkəsinin Kiyevə təhvil verdiyi “S-300” avadanlığı dünən Dnepropetrovskın cənubuna qanadlı raketlə edilən hücumda məhv edilib”, - deyə Rusiya MN-in açıqlamasında bildirilib.

Slovakiya tərəfi bu məlumatı təkzib edib.

Səidə Nurəmmədli