Rusiya son 37 ilin ən irimiqyaslı hərbi manevrlərinə hazırlaşır

rusiya-son-37-ilin-en-irimiqyasli-herbi-manevrlerine-hazirlasir
Oxunma sayı: 1223

Rusiya son 37 ilin ən irimiqyaslı hərbi manevrlərinə hazırlaşır.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, "Vostok-2018" adlanan təlim sentyabrda keçiriləcək. Ölkə təlimlərə təxminən 300 min hərbçi və 1000-dən çox hava nəqliyyatı cəlb etməyi nəzərdə tutur. Rusiyanın müdafiə naziri, general Sergey Şoyqu jurnalistlərə bildirib ki, belə genişmiqyaslı manevrlər sonuncu dəfə 1981-ci ildə olub.

Qeyd edək ki, "Vostok-2018" sentyabrın 11-15-də keçiriləcək. Beynəlxalq status almış manevrlərin bir mərhələsində Çin və Monqolustanın hərbi qüvvələri də iştirak edəcək.

Aysel Kərimova