“Rusiya Sovet İttifaqını bərpa etmək istəyir” - ABŞ Dövlət katibi

rusiya-sovet-ittifaqini-berpa-etmek-isteyir
Oxunma sayı: 4454

“Biz təsir dairələri dünyasına qayıda bilmərik”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində jurnalistin "Putini hərəkətə gətirən şey köhnə Sovet İttifaqını bərpa etmək istəyidir?" sualına cavabında deyib.

“Düşünürəm ki, bu doğrudur. Düşünürəm ki, prezident Putinin məqsədlərindən biri əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələr üzərində yenidən təsir dairəsini yaratmaqdır.

Və dediyimiz kimi, bu, qəbuledilməzdir. Biz təsir dairələri dünyasına qayıda bilmərik. Bu, qeyri-sabitlik, qarşıdurma, dünya müharibələrinə səbəb olan metod idi. Biz buna qayıtmırıq”, - Blinken bildirib.

Həmçinin oxuyun: “Əmimi öldürmək istəsəydim, yaxından atəş açardım” - Cəzası 6 il 3 ay azaldıldı