Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskva ziyarətində ilk dəfə Rusiya haqqında “Starteji tərəfdaş” ifadəsini işlədib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə və xarici işlər naziri Sergey Lavrovla görüşən Çavuşoğlu mətbuat konfransında ölkələr arasında dostluq və işgüzar münasibətlərdən danışıb:
“Münasibətlərimizi hər sahədə ən ali səviyyəyə çatdırmaq üçün böyük səy göstəririk. Prezidentlərimiz tez-tez bir araya gəlir. Aramızdakı bu dostluq və işgüzar əlaqələr bəzilərini qısqandırır. Rusiya bizim üçün starteji tərəfdaşdır”.
Son xəbərlər
Son Xəbərlər