Rusiya Hava və Kosmik Qüvvələri Suriyada əməliyyatlara başlayandan 17 min hava zərbəsi endirib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
2015-ci ilin sentyabrında start verilən anti-terror əməliyyatları çərçivəsində 204-ü səhra komandiri olmaqla 35 min İŞİD üzvü öldürülüb. Ümumilikdə isə 725 təlim düşərgəsi, 405 silah fabriki və 1500 hərbi texnika məhv edilib.
Son xəbərlər
Son Xəbərlər