Rusiya Müdafiə Nazirliyi Homsa raket hücumunun işğalçı İsrailin həyata keçirdiyini açıqlayıb.
“Qafqazinfo” Eeastnews-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasında 9 aprel Moskva vaxtı ilə 3:25 - 3:55 dəqiqələrdə İsrail HHQ-yə məxsus 2 ədəd F-16 təyyarəsinin Suriyanın ərazisinə daxil olmadan Livan ərazisindən TİFOR aerodromuna idarə olunan 8 raket atdığı bildirilib.
3 raket, hava limanının qərb hissəsinə düşüb. 5 raket isə havadan müdafiə sistemi vasitəsilə məhv edilib.
Rusiya qüvvələri hücum zamanı zərər çəkməyib.
Qeyd edək ki, ABŞ Suriyada raket hücum təşkil etdiyi iddialarını rədd etmişdi.
Son xəbərlər
Son Xəbərlər