“Rusiya Talibanı bu siyahıdan çıxarmır” - Peskov

rusiya-talibani-bu-siyahidan-cixarmir
Oxunma sayı: 1626

“Rusiya hələlik Talibanı qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağı planlaşdırmır”.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Hələlik bu mövzuda bir yenilik yoxdur. Yeni bir şey olsa, sizə xəbər verərik. Taliban Əfqanıstanda fəaliyyət göstərən, həqiqətən də, hiss edilən və olduqca böyük bir gücdür.

Əfqanıstandakı vəziyyətin, Tacikistan başda olmaqla, Rusiyanın tərəfdaşlarının sərhədlərinə təhdid təşkil etməməsi çox vacibdir”, - o qeyd edib.