Rusiya təyyarəsi təhlükəli qadına görə təcili eniş etdi

rusiya-teyyaresi-tehlukeli-qadina-gore-tecili-enis-etdi
Oxunma sayı: 1670

Simferepoldan Rusiya paxtaxtına uçan təyyarə Moskvanın “Domodedovo” hava limanında təcili eniş edib.

“Qafqazinfo”nun “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, buna səbəb “S7 Hava Yolları”na məxsus təyyarənin göyərtəsindəki qadın sərnişinin özünü partladacağı ilə təhdid etməsi olub.

İlkin məlumatlara görə, naməlum bir qadın dəhlizdə dayanaraq çantasını götürüb və içərisində bomba olduğunu bildirib. O heç bir tələb irəli sürməyib.

Ekipaj heyəti təyyarənin məcburi enişinə qərar verib. Göyərtədə 195 nəfər olub.

“İnterfaks” xəbər verir ki, həmin sərnişin içkili vəziyyətdə olub. Onun son vəziyyəti barədə məlumat verilmir.