“Ümid edirəm, insanlar 2021-ci ildə ictimai yerlərdə tibbi maska taxmaqdan azad olacaqlar”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova deyib.
“Ümid sözsüz ki, var. Bu ümid, birincisi, ona görə var ki, biz artıq koronavirusla yaşamağa öyrəşmişik. İkincisi isə, peyvəndlənmə başlayıb. Bu gün orta hesabla 20-25% Rusiya vətəndaşında antikorlar yaranıb. Ancaq hamı peyvənd olunmalıdır. Koronavirusa yoluxmayanlar belə”, - deyə Popova qeyd edib.
Son xəbərlər
Son Xəbərlər